Mülki Məcəllənin 91-2.5.Maddəsinə əsasən kənar
idarəçi icra orqanı kimi MMC-yə münasibətdə idarəetməni qeyri-qənaətbəxş həyata
keçirməsi nəticəsində qanunvericilkdə müəyyən edilmiş qaydada məsuliyyət
daşıyır. Qanunvericilikdə icra orqanının hüquqi şəxs qarşısında məsuliyyəti isə
Məcəllənin 49.3.Maddəsində təsbit edilmişdir. Həmin maddə hüququ şəxsin icra
orqanının hüquqi şəxs qarşısında fidusiar öhdəliklərini nəzərdə
tutur. Belə ki, kənar idarəçi də idarə etdiyi şirkət ilə münasibətdə fidusiar
hesab olunur, çünki təyin edildiyi andan hüquqi şəxsin adından çıxış edir.
Maddədə deyilir ki, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi
şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı)
təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün
vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət
etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və
hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq,
habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin
şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi
üçün məsuliyyət daşıyır.[1] Hüquqi şəxsin nizamnamə kapitalında ən
azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının tələbi ilə o, vəzifələrini
pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini
ödəməlidir.[2]
Ümumi qayda olaraq hüquq ədəbiyyatında
əsas fidusiar öhdəliklər – “duty of care”, “duty of good faith”, və
“duty of loyalty” (triple A duties) hesab edilir. Bu üç əsas fidusiar
49.3.Maddəyə parçalanaraq “vicdanla, peşəkar qaydada, ehtiyyatla, ədalətli və
qərəzsiz” şəkildə daxil edilmişdir. Fikrimcə isə, “care”,”good faith” və
“loyalty” bu vəzifələrin hamsını əhatə edir. Bunlar dünyanın hər yerində qəbul
edilmiş fidusiar öhdəliklərdir (fudiciary duties). Sual yaranır, bəs bu cür
fidusiar öhdəliklər pozulduqda və hüquqi şəxsə və ya onun səhmdarına/payçısına
zərər dəydikdə nə baş verir? Bu cür zərər necə kompensasiya olunmalıdır? Kim
məhkəmədə icra orqanına və ya onun səlahiyyətlərini yerinə yetirən kənar
idarəçiyə qarşı iddia qaldırmalıdır? Çünki hüquqi şəxs öz təkbaşçı və ya
kollegial icra orqanına qarşı iddia gətirə bilmir.[3] Ona görə də yeganə çıxış yolu
səhmdar/payçının qaldıracağı iddiadır. 49.3-cü Maddəyə əsasən bu cür
səhmdar/payçı nizamnamə kapitalında 5/5+ % səhmə/paya sahib olmadır.
Bu halda, səhmdar/payçı direktora qarşı
bilavasitə hüquqi şəxsə dəymiş zərərə görə “derivative action”, birbaşa özünə
dəymiş zərərə görə isə “direct action” qaldıra bilər.[4] Fikrimcə, “derivative action” daha
çətindir, çünki səhmdar/payçı sübut etməlidir ki, hüquqi şəxsə icra orqanının
fidusiar öhdəliklərini pozması nəticəsində zərər dəyib. “Direct action” isə
fikrimcə, daha münasib və əlverişlidir. Məsələn, səhmdar/payçı divident ala
bilməyib. Çünki divident ancaq hüquqi şəxs il sonunda xeyirdə olanda
bölüşdürülür və icra orqanının fidusiar öhdəliklərini pozması nəticəsində
hüquqi şəxs və dolayısıyla səhmdar/payçı bu cür “profit”dən məhrum olub. Əksər
hallarda actionlardan biri gətirilir, ikisi birlikdə çətindir.
Əlavə olaraq, ola bilər ki, icra orqanı fidusiar
öhdəliklərini pozsun amma hüquqi şəxsə zərər dəyməsin, bu halda icra orqanın
yuxarıda göstərdiyimiz qaydada məsuliyyəti yaranmır.
Son olaraq, Hüquqi şəxsin adından çıxış edən,
hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra
orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi
şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər.
Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin,
hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra
orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə
cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad
etmir.[5]
[1] AR Konstitusiya Məhkəməsi 16 noyabr
2016-cı il tarixli qərarında da bu mövqeyi təsdiqləmişdir;
[2] “derivative action” üçün əsas;
[3] Beynəlxalq təcrübədə Direktorlar
Şurasının (Müşahiə Şurasının) Sədri bu cür iddia gətirə bilər, lakin
Azərbaycanda isə bu cür praktika məlum deyil;
[4] Azərbaycan Respublikası Mülki
Məcəlləsi, Maddə 49.4;
[5] Mülki Məcəllə, Maddə 49.5.
No comments:
Post a Comment