“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunun 9-cu maddəsinin 8-ci bəndinə əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Həmçinin, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 21 oktybar 2000-ci il tarixli 406 nömrəli fərmanının 2.2. bəndinə əsasən, sözügedən qanunun 9.8—ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyət orqanları istisna olmaqla) nəzərdə tutulur.
Son olaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.11.17-ci yarımbəndində göstərilir ki, yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər bunlardır: 1) Təklif; 2) Müvafiq ərazidə yaşayan sakinlərin rəyinin əks olunduğu sənəd; 3) Təklif olunan adla bağlı müvafiq əsaslandırıcı məlumatlar; 4) Ərizə.
Xidmət istifadəçisi tələb olunan sənədləri İcra
Hakimiyyətinə təqdim edir. Sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra məsələ
İcra Hakimiyyəti yanında Addəyişmə Komissiyanın növbəti iclasının gündəliyinə
salınır. Məsələ Komissiyanın iclasında müzakirə olunaraq müvafiq qərar qəbul
edilir. Komissiyanın qərarı əsasında İcra Hakimiyyətinin Başçısı tərəfindən sərəncam
imzalanır və prospekt, küçə, meydan və ya müvafiq ərazi vahidinin digər tərkib
hissələrinə ad verilməsi və ya ad dəyişdirilməsi prosesi həyata keçirilir. Ad
verilməsi yaxud dəyişdirilməsinin nəticəsi ilə bağlı xidmət istifadəçisi rəsmi
qaydada məlumatlandırılır. Xidmət ödənişsizdir.


No comments:
Post a Comment